Köhnə nəsil nəzarət-kassa aparatlarından istifadə edən vergiödəyicilərinin NƏZƏRİNƏ | 1news.az | Xəbərlər
İqtisadiyyat

Köhnə nəsil nəzarət-kassa aparatlarından istifadə edən vergiödəyicilərinin NƏZƏRİNƏ

Qafar Ağayev14:37 - 07 / 10 / 2021
Köhnə nəsil nəzarət-kassa aparatlarından istifadə edən vergiödəyicilərinin NƏZƏRİNƏ

Bəzən vergiödəyicisi əhali ilə pul hesablaşmaları apardığı zaman hələ də köhnə nəsil nəzarət-kassa aparatlarından istifadə edir.

Baxmayaraq ki, vergiödəyicisi alıcıdan aldığı pul vəsaitlərini kassa aparatından qeydiyyatdan keçirir və alıcıya kassa çeki təqdim edir, lakin bu kassa aparatı meyarlara cavab vermədiyi üçün bu, qanun pozuntusu sayılır və vergi orqanının əməkdaşları tərəfindən həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı bu hal aşkar edilsə, o zaman vergiödəyicisinə Vergi Məcəlləsinə əsasən, maliyyə sanksiyası tətbiq ediləcək.

1news.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən vergi eksperti Anar Bayramovun sözlərinə görə, qəzet və jurnalların satışı (əgər satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çoxdursa), kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti, qiymətli kağızların və lotereya biletlərinin satışı, elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti zamanı vergiödəyicisi yeni nəsil kassa aparatlarından istifadə etməyə bilər. Həmin şəxslər əhali ilə nağd pul hesablaşmalarını qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankı vasitəsilə həyata keçirməlidirlər: “Burada digər nəzərə alınmalı məqam ondan ibarətdir ki, Vergi Məcəlləsinə əsasən, ancaq pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər əhali ilə nağd pul hesablaşmalarını həyata keçirmək məqsədilə mütləq nəzarət kassa aparatlarından istifadə etməlidir. Digər fəaliyyət sahələri üzrə fəaliyyət göstərən şəxslər nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə bilərlər”.

Paylaş:
639

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər