Azərbaycan XİN Gürcüstan hökumətinə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Batumi şəhərində çoxmərtəbəli binada baş verən uçqunla bağlı başsağlığı verib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə XİN rəsmi Twitter hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Gürcüstanın Batumi şəhərində çoxmərtəbəli binada uçqunun baş verməsi ilə bağlı xəbər bizi çox kədərləndirdi. Faciəvi hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına dərin başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını arzu edirik. Dost Gürcüstanla həmrəyliyimizi ifadə edirik”.
367