“Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verilib

Qafar Ağayev10:57 - 19 / 10 / 2021
“Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasının tərkibinin genişlənməsi və müasir gəmilər hesabına yenilənməsi daim diqqət mərkəzində saxlanılır.

ASCO-dan 1news.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən bu sahədə mühüm işlər icra olunur. ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda tikilən “Kəlbəcər” neftdaşıyan tankeri də bu istiqamətdə həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsidir.

Ötən ay Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verilib. Yükü dizel yanacağı olan tanker ilk səfərinə çıxıb. Gəmi Türkmənistanın Türkmənbaşı limanından Türkiyənin Gebze limanına doğru yola düşüb.

Uzunluğu 141, eni 16.9 metr olan yeni nəsil “Kəlbəcər” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti – yükgötürmə qabiliyyəti 7800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb.

Yeni tanker Bakı Gəmiqayırma Zavodunun 2019-cu ildə təhvil verdiyi və hazırda Qara dəniz-Aralıq dənizi hövzələrində üzən “Laçın” tankeri ilə eyni tiplidir.

Gəmi həm ölkəmizin beynəlxalq yükdaşımalarda mövqeyinin möhkəmlənməsinə, həm bir bazardan asılılığın aradan qaldırılmasına, həm də xarici sularda vətənimizin təmsil və təbliğində mühüm rol oynayacaq. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə tankerə “Kəlbəcər” adının verilməsinin də böyük rəmzi mənası var.

Xatırladaq ki, ASCO-nun Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub.

Paylaş:
428

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər