Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək | 1news.az | Xəbərlər
Rəsmi

Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək

S.Xankişiyeva15:54 - 21 / 10 / 2021
Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilir.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, bununla bağlı Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Bununla da müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilib.

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər