“Ərdoğanın bu səfəri dünyaya verilən qardaşlıq, birlik, həmrəylik mesajıdır”- Deputat Cavid Osmanov

“Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimində iştirak üçün qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərə gəlməsi tarixi hadisədir”.
1news.az-ın məlumatına görə bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirdi. Deputat əlavə etdi ki, bu səfər Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin göstəricisidir:
“ Qardaş Türkiyə hər zaman Azərbaycanın yanındadır. Vətən müharibəsi başalayan ilk saatlardan da biz Türkiyə dövlətinin, cənab Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi dəstəyinin şahidi olduq. Bu, Ərdoğanın Füzuliyə ikinci səfəridir. İlk səfəri zamanı Füzuli rayonunda olan qardaş ölkənin başçısı Şuşa şəhərinə gedərək burada tarixi sənəd olan Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı. Hər iki səfər öz siyasi və tarixi əhəməmiyyəti ilə seçilir. Bugünkü səfər isə özlyündə bir ilkə imza atmağın göstəricisidir. Qardaş ölkənin Prezidenti təyyarə ilə məhz Füzuli Beynəlxalq Hava Limanına gəldi və cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşılandı və prezidentlər hava limanının rəsmi açılışını bildirən qırmızı lenti kəsdilər. Bütün bunlar dünyaya verilən qardaşlıq, birlik, həmrəylik mesajlardır. Eyni zamanda bu Azərbaycan dövlətinin gücünün, sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlı olduğunun göstəriciləri hesab edilməlidir”.