“Rəcəb Tayyib Ərdoğanın bu səfəri anti-Azərbaycan qüvvələrə sərt mesajdır” - TÜRK GENERAL | 1news.az | Xəbərlər
Siyasət

“Rəcəb Tayyib Ərdoğanın bu səfəri anti-Azərbaycan qüvvələrə sərt mesajdır” - TÜRK GENERAL

14:25 - 28 / 10 / 2021
“Rəcəb Tayyib Ərdoğanın bu səfəri anti-Azərbaycan qüvvələrə sərt mesajdır” - TÜRK GENERAL

Xəbər veridiyimiz kimi Qarabağın dünyaya açılan pəncərəsi,qapısı, yeni statusun simvolu sayıla biləcək Füzuli Beynəlxalq Hava Limanının açılışı baş tutdu.

Məsələ ilə bağlı 1news.az-a danışan Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz bildirdi ki, Şuşaya ilk rəsmi səfər edən dövlət başçısı statusu Rəcəb Tayyib Ərdoğana məxsus olduğu kim elə Füzuli aeroportuna da ilk enən beynəlxalq təyyarə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi oldu:

“Yəni Türkiyə Cumhuriyyətinin dövləti ilk dəfə olaraq Qarabağın qapısı hesab olunan Füziliyə səfər etdi. Əslində Türkiyə və Azərbaycan arasındakı bütün münasibətlərdə ilk olmaq əsas şərtlərdən biridir. Bu, qardaşlıq, eyni soydan və qandan olmağın simvoludur. Onu da deyim ki, Hava limanının bu qədər qısa müddətdə inşa edilməsi çox önəmli hadisədir. Torpaqlar azad edildikdən sonra heç bir il tam keçmədən 8 ay kimi qısa zamanda bu hava limanının inşa edilməsi Azərbaycanın müasir, ekonomik regional gücünün, Türkiyə-Azərbaycan qardaşlığının bir nişanəsi olaraq dəyərləndirilmək lazımdır. Füzuli Beynəlxalq Hava Limanı strateji önəm baxımından Qarabağı dünyaya bağlayan açar nöqtələrdən biri olacaq. Stratejik olaraq yeni statusun simvolikasıdır, Azərbaycan dövlətinin güclü və müasir, bölgədə söz sahibi olduğunun simvoludur,Qarabağın abadlaşdırılması, müasir vəziyyətə gəlməsi və iqtisadi gücə, dəhlizə çevrilməsi baxımından Türkiyə-Azərbaycan əlaqələri çərçivəsində “Şuşa Bəyannaməsinin” sadəcə sənəd üzərində olmadığı sübut edir. Qeyd edim ki, hazırda qonşu ölkələr tərəfindən Azərbaycana bu qədər təzyiq göstərildiyi bir dönəmdə Prezident Rəcəb Tayyib Ərdoğanın bu səfəri bir mesajdır. Bu baxımdan Füzuli aeroportunun açılması bölgədəki sülhün və rifahın artmasına səbəb olacaqdır. İnanıram ki, Füzuli aeroportu sadəcə Qarabağ və Azərbaycan üçün deyil, İran üçün də bundan sonar açılan qapı halına gələcək: “Yaxın zamanda Ermənistanın ağlını başına toplayıb üçtərəfli anlaşmanı sülh müqaviləsi halına gətirdiyi zaman ermənilərin də dünyaya açılan qapısı, pəncərəsi olacaq”.

Yücel Karauz əlavə etdi ki, Füzuli Beynəlxalq Hava Limanının açılışının reallaşması həm də sülhü istəməyən və ortalığı qarışdırmağa çalışan qüvvələrə qarşı bir mesajdır:

“Bu qədər qısa zamanda bu işin həyata keçirilməsi Azərbaycanın bundan sonrakı dönəmdə əsas regional gücə doğru addımlamasını asanlaşdıracaq. Açılış çərçivəsində yeni yolun təməlinin qoyulması Zəngəzur dəhlizinin də reallaşması deməkdir. Zəngəzur dəhlizinin də reallaşması sadəcə Naxçıvanı Azərbaycana bağlayan bir ünsür olmayacaq, eyni zamanda Türkiyəni Azərbaycana, türk dünyasına qovuşduracaq, Londonu da Pekinə bağlayan ən qısa istiqamətlərdən biri olacaq. Bu dəhlizin bölgə ölkələrinə qatqısı olduğu kimi, dünya iqtisadiyyatına, çatdırılma və nəqliyyat yollarının inkişafına da böyük töhfə verəcək. Eyni zamanda hava limanının açılması, yeni yolun təməlinin qoyulması 3-lük və 6-lıq platformalarının reallaşmasını, birlik və bərabərlik altında ortaq hərəkət etməni daha da sürətləndirəcək. Buna mane olmaq istəyən qüvvələrin dirənişini qıracaq və bölgədə sülh, sabitlliyin bərpasını asanlaşdıracaq. Sonda onu da qeyd edim ki, Azərbaycan azad etdiyi torpaqlarında minlərlə minanı təmizləyərək, 8 ay müddətində Hava Limanının açılışı, yeni yolları təməlinin qoyulması, qarşıdakı illərdə də bu bölgələrdə qurulan “Ağıllı ev” sistemləri insanların yaaşayışı üçün bir cənnət yaratmaq deməkdir”.

Paylaş:
474

Son xəbərlər

Bütün xəbərlər