Türkiyə Cümhuriyyəti 98 yaşında…
Bu gün Türkiyə Respublikasının yaranmasının 98-ci ildönümüdür.
1news.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti Qazi Mustafa Kamal Atatürkü və onun silahdaşlarının komandanlığında 29 oktyabr 1923-cü ildə quruldu.
1914-1918-ci illərdə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər – İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal etdilər.
Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına start verdi.
“Əhalisi əsasən türklərdən ibarət bölgələr türk sərhədi olaraq da qalmalıdır” fikrini əasa tutaraq, 30 avqust 1922-ci ildə Meydan Savaşını qazanması nəticəsində işğalçı güclər indiki Türkiyə torpaqlarından geri çəkilməyə məcbur oldu. İstanbulun qurtuluşundan sonra isə Lozanna sülh müqaviləsi imzalandı: Osmanlı İmperatorluğu tarix səhnəsindən silindi, yerində yeni dövlət – Türkiyə adlı respublika quruldu.
29 oktyabr 1923-cü ilə qədər sürən danışıqlardan sonra Cümhuriyyətin yaranması və Ankaranın paytaxt olması bütün dünyaya elan edildi.