İsrailin keçmiş prezidenti Dalua İtzik: “Vaksinasiya bərabərsizliyə səbəb olmamalıdır”
"Koronavirusun nəticələri, fəsadları uzun müddət davam edir".
1news.az xəbər verir ki, bunu İsrailin keçmiş prezidenti Dalua İtzik Bakı Qlobal Forumunda "Səhiyyə və əhalinin vaksinasiyası" panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, virusdan sağalandan sonra ağırlaşmalar da ola bilər: “İsrail bütövlükdə əhalinin böyük əksəriyyətini peyvəndləyib. Uşaqların peyvənd olunması da cavib məsələdir".
O əlavə edib ki, hələ də koronavirusa yoluxanların vəziyyəti çətinləşir: "Vaksinlər hər kəsə əlçatan olmalıdır. Bütün ölkələr bu sahədə beynəlxalq sazişə qoşulmalıdılar. Vaksinasiya bərabərsizliyə səbəb olmamalıdır, hər kəsə əl çatan olmalıdır".
Foto: Nadir İbrahimli
378