David Merkel: “Azərbaycanın inteqrasiyasına əngəl törədən məsələ Qarabağ münaqişəsi idi”
"Azərbaycanın 30 il müstəqillik dövründə tamamilə fərqli dəyişikliklərinin şahidi olduq".
1news.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini David Merkel VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panel müzakirələrində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın inteqrasiyasına əngəl törədən məsələ Qarabağ münaqişəsi idi.
David Merkel bildirib ki, bu gün real siyasətə əsaslanan yanaşmalara imza atılır:
"Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində dünya terrorizmə qarşı səsini qaldırdı. Azərbaycan və amerikalı siyasətçilərlə görüşürdük. Bu zaman amerikalı siyasətçi də deyirdi ki, İranın nüvə silahı təhlükə mənbəyidir. Azərbaycanlı siyasətçi də dedi ki, siz bu fikrinizi İran İslam Respublikasında daha çox qabartmalısınız. Artıq təkrütbəli dünyadan çox rütbəli dünyaya keçirik. Daha çox real siyasətə əsaslanan yanaşmalara imza atırıq. Avropanın vacibliyi daha əvvəl İranla, Rusiya ilə ölçülürdüsə, artıq daha çox Çini buraya əlavə dəyər kimi qatırıq".