Pakistan Senatının sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Siyasət

Pakistan Senatının sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib

Qafar Ağayev16:32 - 08 / 11 / 2021
Pakistan Senatının sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib

Pakistan Parlamenti Senatının sədri Məhəmməd Sadiq Sancrani Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.

1news.az xəbər verir ki, məktubda Senatın sədri Azərbaycanın Vətən müharibəsində Qələbəsinin birinci ildönümü münasibətilə Pakistan xalqı, Senatı və şəxsən öz adından səmimi təbriklərini çatdırıb.

Bildirib ki, Pakistan İslam Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq aparılan Vətən müharibəsindən əvvəl də, müharibə dövründə də Azərbaycanın mövqeyini dəstəkləməkdə davam edib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və bir milyona yaxın azərbaycanlı məcburi köçkünün hüquqlarının bərpa olunması sevindirici haldır.

Senatın sədri Azərbaycanın məcburi köçkünlərinin tezliklə doğma torpaqlarına qayıtmasının təmin ediləcəyinə və işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq və bərpa işlərinin başa çatacağına əminliyini bildirib. Məhəmməd Sancrani beynəlxalq ictimaiyyətin beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun olaraq Ermənistanın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etməsini təmin etmək üçün bütün addımları atacağına inamını ifadə edib.

Senatın sədri Pakistan İslam Respublikası parlamentinin, hökumətinin və xalqının bundan sonra da Azərbaycanın haqq işini dəstəkləyəcəyini diqqətə çatdırıb.

Paylaş:
501

Son xəbərlər

“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05
Bütün xəbərlər