Mustafa Şentop: Azərbaycanın Vətən müharibəsində haqlı Zəfərinin coşqusunu paylaşırıq | 1news.az | Xəbərlər
Siyasət

Mustafa Şentop: Azərbaycanın Vətən müharibəsində haqlı Zəfərinin coşqusunu paylaşırıq

S.Xankişiyeva17:52 - 08 / 11 / 2021
Mustafa Şentop: Azərbaycanın Vətən müharibəsində haqlı Zəfərinin coşqusunu paylaşırıq

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb.

1news.az-a Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Mustafa Şəntop məktubunda türk milləti adından və şəxsən öz adından dost və qardaş Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.

TBMM sədri iki dövlətin münasibətlərinin “bir millət, iki dövlət” tezisinə əsaslandığını qeyd edərək Azərbaycanın Vətən müharibəsində haqlı Zəfərinin coşqusunu paylaşdıqlarını diqqətə çatdırıb.

Bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə qardaş Azərbaycan 44 gündə tarix yazaraq 30 il sürən işğala son qoyub. Bu haqlı mübarizə nəticəsində 2020-ci il noyabrın 8-də hamımız üçün böyük önəm kəsb edən Şuşa azad edilib, Azərbaycan döyüş meydanındakı Zəfərini üçtərəfli Bəyanatın imzalanması ilə yekunlaşdırıb.

Mustafa Şentop Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edib, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq, rifah və Milli Məclisin sədrinin şəxsində Azərbaycan parlamentinin üzvlərinə müvəffəqiyyətlər arzulayıb.

Paylaş:
375

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər