Şuşada Daşaltı məscidinin təməli qoyulub – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Şuşada Daşaltı məscidinin təməli qoyulub – FOTO

S.Xankişiyeva09:30 - 08 / 11 / 2021
Şuşada Daşaltı məscidinin təməli qoyulub – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Daşaltı məscidinin təməlini qoyublar.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mənəvi abidələrimiz bərpa olunur və yeniləri tikilir. Zəfər Günü ərəfəsində belə bir addımı atmaqla Prezident İlham Əliyev dünyaya növbəti mesajı verir: Biz nəinki torpaqlarımızı abadlaşdırır, keçmiş məcburi köçkünlərimizi geri qaytarmaq üçün müasir infrastruktur yaradır, həm də ermənilərin bu torpaqlarda dini-mədəni abidələrə qarşı həyata keçirdiyi vandallığın izlərini təmizləyir, müqəddəs dəyərlərimizə sahib çıxırıq.

Paylaş:
458

Son xəbərlər

Bütün xəbərlər