Milli Məclisdə 2022-ci ilin büdcə zərfinə dair müzakirələr başlayıb
Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sosial siyasəti komitəsinin iclası başlayıb.
1news.az-ın məlumatına görə, iclasda 2022-ci ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə edilir.
Büdcə zərfinə aşağıdakı qanun layihələr daxildir:
- “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi;
- “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi;
- “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi;
- “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi;
İclasda Hesablama Palatasının "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi” layihəsinə və büdcə zərfinə daxil olan digər qanun layihələrinə rəyləri də təqdim olunacaq.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, parlamentin İqtisadi siyasət, sahibkarlıq və sosial siyasəti komitəsi, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və digər komitələrdə təmsil olunan deputatlar, o cümlədən bu il ilk dəfə Milli Məclis sədrinin təşəbbüsü ilə parlamentdə təmsil olunan bütün partiyaların, o cümlədən müxalifət partiyalarının sədrləri də iştirak edirlər.
1news.az