Kreml: Vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli razılaşmaların yerinə yetirilməsidir | 1news.az | Xəbərlər
Siyasət

Kreml: Vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli razılaşmaların yerinə yetirilməsidir

S.Xankişiyeva15:57 - 17 / 11 / 2021
Kreml: Vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli razılaşmaların yerinə yetirilməsidir

Ermənistan-Azərbaycan sərhədində vəziyyəti yalnız Qarabağ barəsində ümumi razılaşmaların yerinə yetirilməsi hesabına sabitləşdirmək olar.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov son hadisələri şərh edərkən belə fikirlər söyləyib.

Kremlin rəsmi nümayəndəsi qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini davam etdirəcək. D.Peskov deyib: “Hər halda biz ümid edirik ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli razılaşmaların yerinə yetirilməsidir. Biz hesab edirik ki, bütün ölkələr, ilk növbədə, öz öhdəliklərinə riayət etməlidir və bu, belə insidentlərin təkrarlanmamasının rəhni olacaq”.

Paylaş:
364

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər