Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

S.Xankişiyeva11:27 - 17 / 11 / 2021
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

16 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Almaniya tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Matias Lütenberq rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı, iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. İkitərəfli iqtisadi əlaqələr üçün geniş potensial imkanların mövcud olduğu qeyd edilib.

Həmçinin mədəniyyət, elm və təhsil sahələrində əlaqələr müzakirə edilib, Bakıda Alman Akademik Mübadilə Xidməti (DAAD) və Goethe Mərkəzinin fəaliyyətləri müsbət qiymətləndirilib.

X.Xələfov qarşı tərəfə 44 günlük Vətən müharibəsi və üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası və orada həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

M.Lüttenberq, Azərbaycana səfərindən məmnunluq bildirib. Ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi.

Tərəflər, həmçinin Azərbaycan və Almaniya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
418

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər