İctimai yerlərdə aktiv koronavirus xəstələri saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İctimai yerlərdə aktiv koronavirus xəstələri saxlanılıb

S.Xankişiyeva10:54 - 18 / 11 / 2021
İctimai yerlərdə aktiv koronavirus xəstələri saxlanılıb

Noyabrın 17-də polis əməkdaşları tərəfindən respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-dən 1news.az-a verilən məlumata görə, polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Paylaş:
369

Son xəbərlər

Bütün xəbərlər