Ermənilərin lağa qoyduğu “Artsrunizm” xəstəliyi: MN “itki yoxdur” deyirsə, demək ölən çoxdur - VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

Ermənilərin lağa qoyduğu “Artsrunizm” xəstəliyi: MN “itki yoxdur” deyirsə, demək ölən çoxdur - VİDEO

13:28 - 18 / 11 / 2021
Ermənilərin lağa qoyduğu “Artsrunizm” xəstəliyi: MN “itki yoxdur” deyirsə, demək ölən çoxdur - VİDEO

Ermənistan Müdafiə Nazirliyinin yalanlarına artıq ermənilər özləri də inanmırlar.

44 günlük müharibə ermənilərin saysız-hesabsız miflərini yerlə-yeksan etsə də, Ermənistan MN öz saxtakarlığından əl çəkə bilmir. Həmin günlərdə Artsrun Ovannisyan kimi bir “fenomen”i dünyaya bəxş edən erməni ordusu indi də öz yaratdığı “fenomen”in fəlsəfəsini yaşatmaqda israr edir.

“Taktiki olaraq geri çəkilmə” yalanının müəllifi olan bu şəxs artıq Ermənistan MN-in də xalq arasında iç üzünü ifşa vasitəsinə çevrilib.

“Esse TV” “YouTube” kanalında yayımlanan “Ekspertlər klubu” verilişdə aparıcı Arman Qriqoryan və hərbi ekspert Van Ambartsumyan Ermənistan Müdafiə Nazirliyində hələ də mövcud olan “Artsrunizm” fəlsəfəsini lağ obyektinə çevirib.

“Ermənistan MN-in bəyanatlarını necə anlamalı olduğumuzu bilməliyik. Bunu anlamağın bir açarı var və mən bunu sizinlə bölüşə bilərəm. Əgər orada heç bir toqquşma yoxdur deyirlərsə, demək sərt toqquşmalar olub. Əgər Ermənistan tərəfində itki yoxdur deyirlərsə, demək böyük itki verilib. Əgər Azərbaycanın itkiləri çoxdur deyirlərsə, demək ki, Azərbaycan itki verməyib”, - deyə A.Ambartsumyan bildirib.

Bu məqamda aparıcı “fenomen”i – Artsrun Ovannisyanı xatırladaraq bildirib ki, sözügedən şəxs MN-dən getsə də, MN ondan ayrıla bilməyib.

A.Ambartsumyan isə bu amili “Artsrunizm” xəstəliyi kimi təqdim edib.

Sonda isə aparıcının səsləndirdiyi fikirlər erməni cəmiyyəti üçün ordu rəhbərliyinin, sözügedən qurumun nə qədər aciz, mənasız və səviyyəsiz bir qurum olduğunu ortaya qoyub:

“Xüsusilə vurğulamaq istəyirəm ki, biz bu gün sizinlə oturub Ermənistan Müdafiə Nazirliyini ələ salırıq və yaxşı edirik”.

Göründüyü kimi Ermənistan MN öz yalan, saxta bəyanatları ilə erməni xalqını boğaza yığıb. Artıq ermənilərin özləri də bu qurumun pafoslu bəyanatlarını qəbul etmir. Ancaq MN-in “Artsrunizm” xəstəliyindən əl çəkməməsi onu daha da rüsvay etməyə davam edir. Hər halda rüsvay edən də, edilən də ermənilərdir, qoy bu barədə özləri düşünsünlər.

1news.az

Paylaş:
681

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər