Elşad İskəndərov: Regiondakı yeni reallıq yeni yanaşmalar tələb edir | 1news.az | Xəbərlər
Siyasət

Elşad İskəndərov: Regiondakı yeni reallıq yeni yanaşmalar tələb edir

S.Xankişiyeva11:54 - 19 / 11 / 2021
Elşad İskəndərov: Regiondakı yeni reallıq yeni yanaşmalar tələb edir

Üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməsi regionda təhlükəsizlik və əməkdaşlıq üçün çox mühümdür. Azərbaycanın və Rusiyanın bu məsələdə maraqları üst-üstə düşür.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasında söyləyib.

Rusiya-Azərbaycan Ekspert Şurasının iclasının ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyindən əminliyini ifadə edən Elşad İskəndərov deyib: “Regiondakı yeni reallıq yeni yanaşmalar tələb edir. Cənubi Qafqazın inkişaf edən regiona çevrilməsi bizdən asılıdır. Nəqliyyat və kommunikasiya şəbəkəsinin qurulması Avropa və Asiya ilə körpünün yaradılmasında çox əhəmiyyətlidir və bu da maraqlı tərəflərin iqtisadiyyatına, inkişafına mühüm töhfə verəcək”.

O, həmçinin bildirib ki, Azərbaycan-Rusiya əlaqələri iki ölkə lideri arasındakı qarşılıqlı etimada və dostluq münasibətlərinə əsaslanır.

Paylaş:
374

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər