Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır

S.Xankişiyeva14:18 - 20 / 11 / 2021
Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prokurorluq Goranboy rayon sakininin minaya düşməsi ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan 1news.az-a daxil olan məlumatda deyilir:

"Noyabrın 20-də saat 12 radələrində 1972-ci il təvəllüdlü Şahin Qarayevin Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla Şahin Qarayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır".

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər