İlham Əliyev Azərbaycanın Vatikanda səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Azərbaycanın Vatikanda səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb

Qafar Ağayev14:52 - 22 / 11 / 2021
İlham Əliyev Azərbaycanın Vatikanda səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən xəbərinə görə, Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin.

Paylaş:
407

Son xəbərlər

Bütün xəbərlər