Botoks elətdirən qadının üzü iflic oldu | 1news.az | Xəbərlər
Dünya

Botoks elətdirən qadının üzü iflic oldu

17:24 - 24 / 11 / 2021
Botoks elətdirən qadının üzü iflic oldu

Qırışlardan azad olmaq və dərisinin hamarlığı üçün botoks etdirən Nyu-York sakini Daniel Leyden bu qərarından tezliklə peşman olub.

1news.az Oxu.az-a istinadən xəbər verir ki, belə ki, seans zamanı kosmetoloq qadının üzünə çoxlu dərman yeridib ki, bu da sağ göz qapağının ptozuna (aşağı sallanmasına) səbəb olub.

Amerikalının sözlərinə görə, o, bir neçə həftə iflic vəziyyətdə qalıb, göz qapağı açılmayıb. Nəhayət Leyden üzünü əvvəlki görünüşünə qaytarmağa kömək edən xüsusi damcılar tapdığını vurğulayıb. Qadın dərmanın adını qeyd etməyib.

O, prosedurun uğursuz nəticəsini və sağalma müddəti ilə bağlı kadrları özünün "TikTok" hesabından paylaşıb.

1news.az

Paylaş:
759

Son xəbərlər

Bütün xəbərlər