Səbinə Əliyeva: “Bu məsələ ilə bağlı UNİCEF-ə etiraz edilib”
"Uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməməli, bundan əziyyət çəkməməlidir".
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qarabağ Dirçəliş Fondunun "Karabakh Memorial” internet resursunun təqdimat mərasimində deyib.
"Ermənistan beynəlxalq hüququn bir çox normalarını kobud şəkildə pozub. Lakin Ermənistana qarşı beynəlxalq miqyasda heç bir tədbir görülməyib".
"UNİCEF-in hesabatlarında Dağlıq Qarabağ və ətraf ərazilərdə baş verən münaqişə nəticəsində qətlə yetirilən azərbaycanlı uşaqların sayı, harada qətlə yetirilməsi ilə bağlı faktlar göstərilməyib. Bununla bağlı tərəfimizdən UNİCEF-ə etiraz edilib və Ermənistanın təcavüzünün nəticələri ilə bağlı faktaraşdırıcı missiyanın keçirilməsi təklif olunub” - deyə, o bildirib.