2022-2023-cü tədris ilində Fransada ali təhsil almaq üçün İlkin Qəbul Müraciəti (DAP) – Ağ dosye proseduru
İlkin Qəbul Müraciəti (DAP) 2022-ci ilin sentyabrından Fransada bakalavrın birinci kursuna qəbul olmaq istəyən tələbələr üçün nəzərdə tutulur. Mübadilə, magistratura və doktorantura proqramları bu prosedura aid edilmir. Son müraciət tarixi: 15 dekabr 2021-ci il
DAP kimə aid edilir ?
Siz orta təhsilinizi bitirməyinizlə bağlı Attestatınızı aldıqdan sonra 2022-ci il sentyabr ayından Fransada ali təhsilə başlamaq istəyirsiniz. Bunun üçün 15 dekabr 2021-ci il tarixinədək DAP prosedurundan keçməyiniz mütləqdir. DAP prosedurunu onlayn olaraq « Études en France » platformundan keçməlisiniz. Azərbaycanlı tələbə və ya mütəmadi olaraq Azərbaycanda yaşayan əcnəbisinizsə, bu platformada "Espace Campus France Azerbaijan" bölməsi vasitəsilə qeydiyyatdan keçməlisiniz.
DAP proseduru aşağıdakı tələbələrə aid edilir :
yaxşı fransız dili biliyi olanlar (TCF və ya DELF sertifikatlarının təqdimatı əsasında tələb olunan ən aşağı səviyyə : B2) ;
Fransa vətəndaşı olmayanlar ;
Fransada yaşamayanlar ;
və ali təhsili davam etdirməyə icazə verən tam orta təhsil diplomu (Attestat) alan və ya 2022-ci ildə alacaq olanlar.
DAP – ağ dosye proseduru çərçivəsində istədiyiniz 3 universitet seçimi edə bilərsiniz.
Bununla yanaşı seçiminizə 4 BTS (Le brevet de technicien supérieur - Ali Texniki Diplom) və ya DUT (Le diplôme universitaire de technologie - Texnoloji Universitet Diplomu) diplomları verən ixtisasları da əlavə edə bilərsiniz.
Universitetlər 31 mart 2022-ci il tarixindən gec olmayaraq qəbul təkliflərini sizə bildirəcəklər.
Diqqət ! Bəzi universitetlər « Études en France » platformasının üzvü deyil. Bu halda siz klassik prosedurdan keçməlisiniz və aşağıdakı ağ dosye blankını doldurmalı və lazımi sənədləri blanka əlavə etməlisiniz (pasportunuz, CV və motivasiya məktubunuz, diplomlarınız, transkriptləriniz). Buradan siz « Études en France » platformasına qoşulu universitetlərlə tanış ola bilərsiniz. Arzuladığınız universiteti cədvəldə tapmadığınız halda, 15 dekabr 2021-ci il tarixinədək Azərbaycan Fransız İnstitutu nəzdində fəaliyyət göstərən Campus France mərkəzinə sənədlərinizi kağız formasında təqdim etməlisiniz.
Aşağıdakı linklərə daxil olaraq doldurulmalı olan blankı və izahedici sənədi yükləyə bilərsiniz :
Yükləmək üçün
Blank
Blankı doldurmazdan əvvəl nəzərdən keçirməli olduğunuz izahedici sənəd
Fransız dili biliyi testi (TCF) və fransız dili üzrə təhsil diplomu (DELF)
Fransız dili səviyyənizi təsdiq edən sertifikat müraciət sənədlərinizə əlavə edilməlidir (tələb olunan ən aşağı səviyyə : B2)
Azərbaycan Fransız İnstitutu (İFA) sayəsində 2021-ci ilin dekabr ayında fransız dili biliyi üzrə test imtahanından keçmək mümkündür (1-16 noyabr 2021-ci il tarixləri aralığında qeydiyyat və 13-16 dekabr 2021-ci il tarixləri aralığında imtahan vaxtıdır).
Eyni zamanda, DELF (fransız dili üzrə təhsil diplomu) diplomu da keçərlidir. DELF/DALF imtahanlarına qeydiyyat 5-29 oktyabr 2021-ci il tarixləri aralığında qeydiyyat və 18-27 noyabr 2021-ci il tarixləri aralığında imtahan vaxtıdır. Ətraflı məlumat üçün : http://www.ifa.az/fr/examine_registration
İmtahana qeydiyyat mümkün qədər tez aparılmalıdır. Fransız İnstitutu ilə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz : 012 596 35 80/051 207 02 98/051 207 02 99 və ya [email protected]
İmtahandan keçən tələbələr nəticələrini « Études en France » platforması vasitəsilə onlayn təqdim edə bilərlər.
DAP sənədləri onlayn formada « Études en France » platformu vasitəsilə 15 dekabr 2021-ci il tarixindən əvvəl Campus France mərkəzinə təqdim edilməlidir.
Sənədlər və qeydiyyat proseduru haqqında istənilən suallarınız üçün Azərbaycanda Fransız İnstitutunun nəzdində fəaliyyət göstərən Campus France bürosu ilə əlaqə saxlayın :
Füzuli küçəsi 67, Bakı
[email protected] ; Tel : +994 12 596 35 82 ; +994 51 207 02 95
Reklam hüququnda