ÜST: “Omicron” ştammı çox yüksək qlobal risk yaradır
Beynəlxalq miqyasda yayılma ehtimalı olan "Omicron" ştammı çox yüksək qlobal risk yaradır.
1news.az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ÜST bu ştammın bəzi regionlarda ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Təşkilat 194 üzv dövlətə texniki məsləhət verərək, onları əhalinin yüksək həssas qruplarının vaksinasiyasını sürətləndirməyə çağırıb.
""Omicron" indiyədək müşahidə olunmamış şəkildə mutasiyalara malikdir ki, bu da pandemiyanın trayektoriyasına potensial təsir edə bilər. "Omicron" ştammı ilə bağlı ümumi qlobal risk çox yüksək qiymətləndirilir", - ÜST-ün məlumatında qeyd olunub.
ÜST bildirib ki, peyvəndlər nəticəsində vyaə əvvəlki ştammlara yoluxduqdan sonra yaranan immun sisteminin yeni ştamma qarşı nə dərəcədə qoruma potensialını bilmək üçün əlavə araşdırmalara ehtiyac var. "Kiçik və proqnozlaşdırıla bilən nisbətdə də olsa, peyvənd olunmuş şəxslərdə Covid-19-a yoluxmalar gözlənilir".
1news.az