Türkiyə Milli Müdafiə Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə Milli Müdafiə Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

S.Xankişiyeva14:29 - 30 / 11 / 2021
Türkiyə Milli Müdafiə Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Türkiyə Milli Müdafiə Nazirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə nazirliyin rəsmi tviter səhifəsində paylaşım edilib.

“Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa, bütün azərbaycanlı qardaşlarımıza isə başsağlığı və səbr diləyirik”, - paylaşımda vurğulanıb.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər