Zabratda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zabratda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb

S.Xankişiyeva12:44 - 30 / 11 / 2021
Zabratda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb

Zabrat qəsəbəsi ərazisində döyülən şəxs iki gün sonra xəstəxanada ölüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə noyabrın 27-də saat 23 radələrində Zabrat qəsəbə sakini Məhəmməd Əliyevin döyülməsi nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Araşdırmalarla onun həmin gün Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini R.Əzimov tərəfindən xuliqanlıq zəminində döyülməsi müəyyən edilib.

Həkimlərin səyinə baxmayaraq M.Əliyev noyabrın 29-da xəstaxanada ölüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Əzimov tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Paylaş:
382

Son xəbərlər

Bütün xəbərlər