Usta təmir etdiyi kilsə tualetinin divarından 600 min dollar tapdı | 1news.az | Xəbərlər
Dünya

Usta təmir etdiyi kilsə tualetinin divarından 600 min dollar tapdı

13:39 - 06 / 12 / 2021
Usta təmir etdiyi kilsə tualetinin divarından 600 min dollar tapdı

Texasın Hyuston bölgəsindəki Leykvud kilsəsində maraqlı hadisə baş verib.

1news.az oxu.az-a istinadən xəbər verir ki, burada təmir aparan santexnik tualet divarındakı dəlikdən 500-ə yaxın zərf tapıb. Zərflərdən toplam 600 min dollar pul çıxıb.

Vəsaitin 200 min dolları nəğd, 400 min dolları isə çek şəklində olub.

Usta tualetdən tapılan pullar barədə dərhal aidiyyəti qurumlara məlumat verib.

Hazırda polis hadisəni araşdırır.

1news.az

Paylaş:
397

Son xəbərlər

Bütün xəbərlər