Baş qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb, ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Baş qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb, ölənlər var

13:52 - 08 / 12 / 2021
Baş qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb, ölənlər var

Hindistanın Tamilnad ştatında ölkə silahlı qüvvələrinin baş qərargah rəisi, general Bipin Ravatın olduğu helikopter qəzaya uğrayıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər həlak olub.

Helikopterdə onun ailə üzvləri, köməkçiləri də daxil olmaqla 14 nəfər olub.

Qərargah rəisinin taleyi barədə hələlik məlumat verilməyib.

1news.az

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər