Britaniya məhkəməsi Assanjın ABŞ-a ekstradisiyasına icazə verib | 1news.az | Xəbərlər
Dünya

Britaniya məhkəməsi Assanjın ABŞ-a ekstradisiyasına icazə verib

17:32 - 10 / 12 / 2021
Britaniya məhkəməsi Assanjın ABŞ-a ekstradisiyasına icazə verib

İngiltərə və Uelsin Apellyasiya Məhkəməsi “WikiLeaks”in yaradıcısı, jurnalist Culian Assanjın ABŞ-a ekstradisiyasına icazə verib.

1news.az bildirir ki, APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Məhkəmənin qərarında bildirilib.

Qeyd edək ki, bu ilin yanvar ayında London Məhkəməsi WikiLeaks-in təsisçisinin ABŞ-a ekstradisiyasına icazə verməmişdi. Buna səbəb isə ABŞ həbsxanasındakı saxlanma şəraitinin Assanjın intiharına səbəb ola biləcəyi ehtimalı idi. ABŞ isə bu qərardan Londondakı Məhkəməyə apellyasiya şikayəti vermişdi.

1news.az

Paylaş:
398

Son xəbərlər

Bütün xəbərlər