Kəlbəcər sakininin pulunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcər sakininin pulunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

S.Xankişiyeva14:19 - 11 / 12 / 2021
Kəlbəcər sakininin pulunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Göygöl Rayon Polis Şöbəsinə dekabrın 9-da Quşqara kəndi ərazisində 3 nəfərin Kəlbəcər rayon sakini F.Həsənovun 1900 manat pulunu soyğunçuluq yolu ilə talaması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri K.Əliyev, E.Mahmudov və H.Tağızadə müəyyən edilərək saxlanılıblar.

Paylaş:
448

Son xəbərlər

Bütün xəbərlər