Dünyada koronavirusa yoluxanların sayı 270 milyonu ötüb
Dünyada koronavirusa yoluxanların sayı 270 031 622 nəfərə, ölənlərin sayı isə 5 310 502 nəfərə çatıb.
1news.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Son 24 saat ərzində koronavirusa yoluxma sayı isə 395 564 nəfər, ölüm sayı 5 312 nəfər ölub.
Təsdiqlənmiş yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 49 629 855 nəfər.
Növbəti yerlərdə müvafiq olaraq Hindistan (34 703 644), Braziliya (22 167 781), Böyük Britaniya (10 873 472), Rusiya (10 074 797), Türkiyə (9 058 978), Fransa (8 028 319), Almaniya (6 562 429), İran (6.157.519), Argentina (5.358.455), İspaniya (5.339.992) və İtaliya (5.238.221) qərarlaşıb.
Ölüm halları da ən çox ABŞ-da olub - 790 920 nəfər. İkinci sırada Braziliya (616 251), üçüncü yerdə Hindistan (475 888) gəlir. Sonrakı yerəri isə Meksika (296 672), Rusiya (291 749), Peru (201 770), Böyük Britaniya (146 477), İndoneziya (143 960), İtaliya (134 929), İran (130 764), Kolumbiya (129 107) və Fransa (117 916) bölüşür.
1news.az