Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpası imkanını təsdiqləyib | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpası imkanını təsdiqləyib

13:33 - 21 / 12 / 2021
Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpası imkanını təsdiqləyib

Noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilmiş görüşlərdən sonra Ermənistanla Azərbaycan arasında avtomobil əlaqəsinin bərpa olunması barədə Azərbaycanla razılıq əldə etmək imkanı yaranıb.

1news.az xəbər verir ki, Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə Ermənistan-Gürcüstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında deyib.

"Biz həm də Azərbaycan Prezidenti İlham Əliyevlə dəmiryol əlaqəsinin bərpa olunması barədə prinsipcə razılıq əldə etmişik", - deyə N.Paşinyan əlavə edib.

Paylaş:
894

Son xəbərlər

Bütün xəbərlər