Yelo Bank “İlin Bankı” seçildi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yelo Bank “İlin Bankı” seçildi – FOTO

S.Xankişiyeva15:15 - 22 / 12 / 2021
Yelo Bank “İlin Bankı” seçildi – FOTO

Dekabrın 17-də “Caspian Business Award 2021” beynəlxalq mükafatının təqdimat mərasimi keçirilib. Tədbirdə Yelo Bank “İlin bankı” nominasiyasında qalib gəlib.

"Parlaq bankçılıq" şüarı ilə fəaliyyət göstərən Yelo Bank 2021-ci il ərzində xidmət şəbəkəsini yeniləməklə bərabər, bir sıra yeni onlayn xidmətlər də istifadəyə verib. Təqdim olunan bütün yeniliklərin əsas məqsədi müştərilərin harada olmaqlarından asılı olmayaraq onlara yaxın olmaq və ən yaxşı xidməti göstərə bilməkdir.

Tədbirdə mükafatı qəbul etmiş Yelo Bank-ın Baş biznes inzibatçısının müavini Vaqif Babayev Bankın gördüyü işin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirib: “Çox şadıq ki, rebrendinq prosesindən qısa müddət sonra artıq hiss olunan nəticələr əldə edə bilmişik. Bu il qəbul edilmiş strategiyamıza uyğun olaraq bütün biznes istiqamətləri üzrə stabil inkişafa nail olmuşuq. Qarşıdakı il də həm məhsullarımızı, həm də xidmət keyfiyyətini daha da artırmaqla müştərilər üçün yeni və rahat həllər təqdim etməyi planlaşdırırıq”.

“Caspian Business Award” mükafatının təqdimetmə mərasimində “Caspian Energy Club”a üzv şirkətlərinin, dövlət qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Tədbirdə dinamik nəticələr göstərən, 2021-ci ildə biznesin inkişafında mühüm rol oynayan, ölkə iqtisadiyyatının daha sürətli inkişafına töhfə vermiş şirkət və qurumlar mükafatlandırılıb.

Tədbirin təşkilatçısı olan “Caspian Energy Club” sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirir. Klubun əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılması, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak etməkdən ibarətdir.

Qeyd edək ki, Yelo Bank ötən il də nüfuzlu beynəlxalq nəşr olan Capital Finance International (CFI.co) tərəfindən "Ən İnnovativ Korporativ Rebrendinq Strategiyası - Azərbaycan 2020" nominasiyasında qalib olmuşdu!


Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! Həmçinin onlayn kredit sifarişi xidmətimizdən faydalana bilərsiniz.

Yelo Bank – Parlaq bankçılıq!

Reklam hüququnda

Paylaş:
366

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər