Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq edilib | 1news.az | Xəbərlər
Rəsmi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq edilib

S.Xankişiyeva17:30 - 22 / 12 / 2021
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə Fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Fərmana əsasən, “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin strukturu” təsdiq edilib.

Fərmanla “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və mülki işçilərinin say həddi”, “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ali zabit heyəti vəzifələrinin siyahısı” təsdiqlənib.

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi mühafizəsini təmin etdiyi şəxslərin siyahısı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Paylaş:
905

Son xəbərlər

Bütün xəbərlər