Fəxrəddin Altun Ermənistanın Qarabağda törətdiyi cinayətlərdən danışdı | 1news.az | Xəbərlər
Siyasət

Fəxrəddin Altun Ermənistanın Qarabağda törətdiyi cinayətlərdən danışdı

Qafar Ağayev13:22 - 23 / 12 / 2021
Fəxrəddin Altun Ermənistanın Qarabağda törətdiyi cinayətlərdən danışdı

"Bir görüntünün dünya ictimaiyyətinə təsiretmə gücü həm Türkiyənin terrorla, həm də Qarabağın azadlıq mübarizəsində çox aydın şəkildə göründü".

1news.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “25-ci Zoom Beynəlxalq Xəbər Görüntüləri” müsabiqəsinin mükafatlandırma mərasimindəki çıxışında deyib.

Terror təşkilatlarının və işğalçı Ermənistanın təhrif olunmuş görüntülərlə yaratmağa çalışdıqları təsəvvürlərə qarşı ən gözəl cavabın münaqişə bölgələrində çalışan operator və fotojurnalistlər tərəfindən verildiyini, onların çəkdikləri real görüntülər olduğunu qeyd edən F.Altun bildirib ki, Azərbaycanın Qarabağ zəfərinin haqlılığı qarşısında Ermənistanın necə hərbi cinayətlər törətdiyi, mülki əhalini hədəf aldığı və dünya mədəni irsi abidələrini dağıtdığının dünya ictimaiyyətinə çatdırılmasında bölgədə qəhrəmanca xidmət edən xəbər operatorlarının və fotojurnalistlərin görüntüləri mühüm rol oynayıb:

"Buradan Ermənistan tərəfindən basdırılan minanın partlaması nəticəsində şəhid olan AZƏRTAC Agentliyinin müxbiri Məhərrəm İbrahimovu və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovun xatirəsini rəhmətlə yad edirəm. Məkanları Cənnət olsun.

Bu münasibətlə Qarabağ zəfəri şəhidlərimizə Uca Allahdan bir daha rəhmət diləyirəm. Eləcə də Liviya, Suriya və İraqda münaqişə bölgələrində çalışan müxbirlərin xəbərləri, operatorların görüntüləri regionda baş verənlərin dünyaya düzgün şəkildə çatdırılmasında mühüm rolu olub. Siz bu kritik vəzifəni yerinə yetirərkən biz də Kommunikasiya İdarəsi olaraq sizin üçün sağlam, təhlükəsiz və məhsuldar iş mühitini təmin etməyə çalışırıq. Bu məqamda peşə standartlarının yüksəldilməsi və yaxşılaşdırılması üçün müvafiq dövlət orqanı olaraq cənab prezidentimizin vizyonu çərçivəsində öz töhfəmizi verməyə çalışırıq", - F.Altun deyib.

Paylaş:
328

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər