Azərbaycanla Bosniya və Herseqovina arasında yeni müqavilələrin imzalanması gözlənilir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Bosniya və Herseqovina arasında yeni müqavilələrin imzalanması gözlənilir

Qafar Ağayev13:26 - 23 / 12 / 2021
Azərbaycanla Bosniya və Herseqovina arasında yeni müqavilələrin imzalanması gözlənilir

Bosniya və Herseqovinalı həmkarımla müzakirələrimiz arasında iqtisadi aspekt önəmli yer tutdu.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfərə gələn Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırda iqtisadi sahədə əməkdaşlıq qaneedici deyil və bu istiqamətdə işlər görüləcək:

"Bugün həmçinin ölkələr arasında mövcud müqavilələrə nəzər salındı. Hesab edirəm ki, gələcəkdə önəmli müqavilələrin şahidi olacağıq", - nazir əlavə edib.

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər