Milli Məclis Prezidenti təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclis Prezidenti təbrik edib

Qafar Ağayev11:46 - 24 / 12 / 2021
Milli Məclis Prezidenti təbrik edib

Milli Məclisin deputatları Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

1news.az xəbər verir ki, parlamentin spikeri Sahibə Qafarova bildirib ki, bu gün Milli Məclisin iclası çox əlamətdar bir günə təsadüf edir.

O qeyd edib ki, bu gün cənab Prezident İlham Əliyevin doğum günüdür.

Spiker bildirib ki, Prezident kimi fəaliyyətə başlayan ilk gündən ulu öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən cənab İlham Əliyev Azərbaycana böyük uğurlar qazandırıb:

“Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyada siyasi sabitliyin, qlobal təşəbbüslərin, tolerantlığın məkanı kimi tanınır. Cənab Prezidentin liderlik məharəti və gərgin səyləri ilə yaradılan əməkdaşlıq plaftormaları regiona investisiyaların yatırılmasını artırıb. Bu gün inamla həyata keçirilən islahatlar Azərbaycanın davamlı və inamlı inkişafını təmin edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük sərkərdəlik və siyasi diplomatik məharəti nəticəsində Azərbaycan tarixi qələbə qazanaraq öz torpaqlarını işğaldan azad etdi”, - deyə spiker bildirib.

Spiker Sahibə Qafarova ad günü münasibətilə dövlət başçısını təbrik edib və deputatlar adından Prezidentə təbrik məktubu hazrlandığını diqqətə çatdırıb.

Daha sonra Milli Məclisin deputatları dövlət başçısının gördüyü işlərdən danışıb.

Paylaş:
333

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər