Nazir Fransa prezidentliyinə namizədin Qarabağa qanunsuz səfərinə münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

Nazir Fransa prezidentliyinə namizədin Qarabağa qanunsuz səfərinə münasibət bildirib

Qafar Ağayev13:11 - 27 / 12 / 2021
Nazir Fransa prezidentliyinə namizədin Qarabağa qanunsuz səfərinə münasibət bildirib

“Azərbaycan uzun illər hər zaman Fransa ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirib”.

1news.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Nazir deyib ki, iqtisadi, humanitar və digər sahədə əməkdaşlıqda böyük uğurlar olub: “Azərbaycan təbii ki, Fransa ilə münasibətlərin inkişafında maraqlıdır. Ötən il Vətən müharibəsi dövründə və müharibədən sonra Fransanın yüksək dövlət rəsmiləri tərəfindən birtərəfli, qərəzli açıqlamalar olub, Azərbaycan bunların qəbuledilməz olduğunu qarşı tərəfə çatdırıb. Ədalət naminə onu da qeyd etməliyəm ki, Fransa bu bəyanatları verməklə bərabər Azərbaycanla dialoqu davam etdirməkdə maraqlı olduğuna da işarə edirdi. Telefon danışıqları, görüşlər vasitəsilə Fransa Azərbaycanın mövqeyini dinləmək yolunda addımlar atırdı. Ötən dövrdə ikitərəfli münasibətlərin ritorikası, habelə Azərbaycan və Ermənistan XİN başçıları arasında Fransanın iştirakı ilə görüşlər keçirilib. Biz bu görüşlərdə balanslı mövqe müşahidə edirdik”.

Fransa prezidentliyinə namizəd Valeri Pekrezin Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə qanunsuz səfərinə gəlincə, C. Bayramov qeyd edib ki, bununla bağlı Fransanın müvəqqəti işlər vəkili XİN-ə dəvət edilib, etiraz bildirilib: “Biz bunu da başa düşməliyik ki, bunların çoxu Fransa daxili siyasətinin gündəliyi ilə bağlıdır. Hazırkı Prezident Emmanuel Makrona rəqib olanların atdığı addımlardır. Bu, Fransada prezident seçkiləri öncəsi bu ölkədəki erməni əsilli vətəndaşların səslərini qazanmaq niyyəti ilə bağlıdır. Qanunsuz səfər zamanı Valeri Pekrezi müşayiət edən Fransanın keçmiş rəsmiləri və Avropa İttifaqının (Aİ) keçmiş rəsmisi də vardı. Onların da Azərbaycan XİN-in “qara siyahı”sına daxil edilməsi nəzərdə tutulub. Kim bizə uyğun olmayan mesajlar verəcəksə, onlara uyğun cavab verəcəyik. Əməkdaşlıq mesajına da eyni qaydada cavab veriləcək”.

Qeyd edək ki Fransada keçiriləcək prezident seçkilərində namizəd olan Valeri Pekrezlə yanaşı Aİ-nin Brexit danışıqları üzrə təmsilçisi olmuş (2019-2021) Mişel Barnier də Qarabağa qanunsuz səfər edib.

Paylaş:
334

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər