Azərbaycan BMT-nin ədalətli peyvəndləmə ilə bağlı qətnaməsini dəstəkləyib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan BMT-nin ədalətli peyvəndləmə ilə bağlı qətnaməsini dəstəkləyib

S.Xankişiyeva10:11 - 03 / 01 / 2022
Azərbaycan BMT-nin ədalətli peyvəndləmə ilə bağlı qətnaməsini dəstəkləyib

Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin Twitter hesabındakı paylaşımda bildirilir:

“Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur və Qoşulmama Hərəkatının Sədri qismində dünyanın hər yerində hər bir insan üçün təhlükəsiz, effektiv və əlçatan peyvəndləməni təmin etmək üçün qlobal səylərdə aparıcı rolunu davam etdirəcək”.

Paylaş:
642

Son xəbərlər

Bütün xəbərlər