İyirmi il axtarışda olan mafia başçısı “Google Maps”lə tapıldı - FOTO | 1news.az | Xəbərlər
Dünya

İyirmi il axtarışda olan mafia başçısı “Google Maps”lə tapıldı - FOTO

13:55 - 07 / 01 / 2022
İyirmi il axtarışda olan mafia başçısı “Google Maps”lə tapıldı - FOTO

İtaliyanın Siciliya bölgəsində tanınan və 20 ildir axtarışda olan mafiya başçısı Qioaççino Qammino "Google Maps" adlı xəritə tətbiqində görünən fotoşəkili sayəsində İspaniyada tutulub.

1news.az oxu.az-a istinadən xəbər verir ki, İtaliyada milli mətbuatda yer alan xəbərə görə, o, İspaniya və İtaliya polis idarələrinin əməkdaşlığı ilə həyata keçirilən əməliyyatda yaxalanıb. Məlum olub ki, Qammino heç bir şübhə doğurmamaq üçün Madridin şimalında 25 min əhalisi olan Qalapaqar rayonunda sadə bir vətəndaş kimi yaşayaraq, baqqal və aşpaz işləyib.

İtaliyanın "La Repubblica" qəzetində İtalyan Mafiya Araşdırmasına İdarəsinə (DIA) əsaslanaraq dərc edilən xəbərdə, ən çox axtarılan 100 mafiya başçısından biri olan Qamminonun tutulmasında "Google Maps" tətbiqinin həlledici olduğu vurğulanıb.

Araşdırma zamanı Qalapaqarda "Manu bağı" və "Manu mətbəxi" başlıqlı plakatların "Google Maps" vasitəsilə diqqət çəkdiyi bildirilib və "Facebook" səhifəsində özünü "Manuel şef" kimi təqdim edən şəxsin əslində Qioaççino Qammino olduğu müəyyən edilib.

100 ən çox axtarılan mafiya başçısından biri olan Qammino "Məni necə tapdınız? 10 ildir ailəmə belə zəng etmirəm", deyib.

Çoxsaylı mafiya cinayətlərinə görə mühakimə olunan və ilk dəfə 1990-cı illərin sonunda Barselonada yaxalanan Qamminonun 2002-ci ildə film çəkilişləri zamanı Romadakı həbsxanadan müəmmalı şəkildə qaçdığı və o vaxtdan bəri axtarışda olduğu bildirilir.

1news.az

Paylaş:
423

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər