Fatih Terim “Qalatasaray”dan ayrıldı | 1news.az | Xəbərlər
İdman

Fatih Terim “Qalatasaray”dan ayrıldı

Qafar Ağayev16:19 - 10 / 01 / 2022
Fatih Terim “Qalatasaray”dan ayrıldı

Türkiyənin "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim istefaya göndərilib.

1news.az-ın məlumatına görə, bunu İstanbul klubunun prezidenti Burak Elmas elan edib.

Qeyd olunur ki, qərar "Qalatasaray"ın idarə heyətinin bugünkü iclasında qəbul edilib.

Xatırladaq ki, F.Terim 2017-ci ildə klubun baş məşqçisi təyin olunmuşdu. O, bundan əvvəl 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də kluba rəhbərlik etmişdi.

Paylaş:
636

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər