Qazaxıstanda general intihar etdi | 1news.az | Xəbərlər
Dünya

Qazaxıstanda general intihar etdi

11:18 - 10 / 01 / 2022
Qazaxıstanda general intihar etdi

Qazaxıstanın Cambul vilayətinin Polis Departamentinin rəisi general Janat Süleymanov intihar edib.

1news.az xəbər verir ki, bu barədə məlumatı “BaigeNews.kz” yayıb.

Bölgənin Polis Departamentinin Mətbuat xidməti sözügedən xəbəri təsdiq edib.

Daxili İşlər Nazirliyindən isə bildiriblər ki, hazırda generalın hansı səbəbdən öz canına qəsd etdiyi araşdırılır.

Qeyd edək ki, Qazaxıstanın Taraz şəhərində iğtişaşlardan sonra Janat Süleymanov barəsində cinayət işi başlanılıb. 60 yaşlı general 5 gün əvvəl bölgənin komendantı təyin edilmişdi.

1news.az

Paylaş:
742

Son xəbərlər

Bütün xəbərlər