Pensiyalar verildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pensiyalar verildi

S.Xankişiyeva17:24 - 11 / 01 / 2022
Pensiyalar verildi

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə yanvar ayının pensiyaları bu gün ödənilib.

Bu barədə 1news.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək.

Qeyd edək ki, bu ilin əvvəlindən ölkədə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub.

Mövzu ilə əlaqədar oxuyun:

Bu şəxslərin pensiyası 600-700 manat olub

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər