Aqil Məmmədov: Prezident hər zaman açıqlamalarında öz mövqeyini açıq-aşkar bildirir | 1news.az | Xəbərlər
Siyasət

Aqil Məmmədov: Prezident hər zaman açıqlamalarında öz mövqeyini açıq-aşkar bildirir

Qafar Ağayev17:05 - 13 / 01 / 2022
Aqil Məmmədov: Prezident hər zaman açıqlamalarında öz mövqeyini açıq-aşkar bildirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısı jurnalistlərin müxtəlif məzmunlu suallarını cavablandırıb. Dövlət başçısı Azərbaycan və Ermənistan arasında münasibətlər, müharibədən sonra Ermənistanın təxribatları, ordu quruculuğu, Azərbaycan iqtisadiyyatı, koronavirus pandemiyası və digər məsələlərlə bağlı önəmli mesajlar verib.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Aqil Məmmədov deyib ki, Prezident hər dəfə açıqlamalarında, səfərləri zamanı öz mövqeyini açıq-aşkar bildirir.

“Ermənistanla Azərbaycan arasında müharibədən sonra qalmış problemlərin həlli ilə əlaqədar da məsələlərə toxunur. Cənab Prezident hər zaman Azərbaycan və Ermənistan arasında məsələlərin sülh yolu ilə həllini çalışıb, lakin müharibədən öncəki dövrlərə nəzərə salsaq görərik ki, müharibənin başlanmasına səbəb Ermənistan tərəf olub. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi də müharibənin başlanmasına gətirib çıxardı. Azərbaycan Ordusu öz gücünü həm Ermənistana, həm də onların havadarlarına göstərdi. Göründü ki, Azərbaycan problemlərini öz gücünə həll etməyə qadir olan bir ölkədir. Müharibə dövründən sonrakı məsələlərə gəldikdə isə, müharibə dövründən sonra da cənab Prezident vurğuladı ki, Ermənistan tərəf bu qərəzli münasibətlərə, düşmənçilik siyasətinə son qoymalıdır və bu vərəqi bağlamalıdır”.

"Müharibə bitəndən sonra Azərbaycan və Ermənistan arasında 4 görüş keçirilib" deyə, deputat əlavə edib:

"Ermənistan rəhbərliyi görüşlərdə verdiyi sözlərə əməl etməyərək təxribatlara davam etdirir. İlham Əliyev Hadrut səfərində bildirdi ki, Azərbaycan Ordu quruculuğu işlərinin post-müharibə dövründə də davam etdiyini, diqqətdə saxlayır. Bu istiqamətdə uğurlu addımlar atılır, yeni komando briqadalar yaradılır. Ermənistan tərəfdən Azərbaycan ərazi bütövlüyünə hansısa təhdid olarsa, o zaman 44 günlük Vətən Müharibəsində olduğu kimi yeni də öz cavablarını alacaqlar”.

A.Məmmədov deyib ki, dövlət başçısı ötən gün yerli televiziya kanallarına verdiyi müsahibədə bir çox məsələlərə toxundu.

"Prezident jurnalistin sualına cavabında "Biz o müharibəni ləyaqətlə, kişi kimi, beynəlxalq humanitar normaları pozmadan aparmışıq. Mən dəfələrlə demişəm, erməni tərəfdən dinc əhali arasında itki az olub. Olan qurbanlar da yalnız müharibədə iştirak edən dinc vətəndaşlar olub. Erməni tərəfi isə alçaqcasına hücumlar edib, bizim şəhərlərimizi daim bombalayıb. Təkcə Tərtərə 16 min mərmi düşüb. Təsəvvür edin, kiçik bir şəhər və 16 min mərmi. Bəs Gəncə, bəs Şuşa, “Skad”lar, “İskəndər”lər!" dedi. Dövlət başçısının bu cavabı ilə Azərbaycan və Ermənistan arasında nə qədər fərqin olduğunu göstərdi. Azərbaycan Ordusu öz ərazilərini işğaldan edərkən belə dinc əhalini hədəf almadı, ancaq Ermənistan bütün beynəlxalq hüququ, müharibə qanunlarını pozaraq dinc əhalini hədəf aldı. Bu da onların nə qədər vandal olduğunu bir daha göstərdi. Azərbaycan isə hər dəfə humanist addım ataraq hərbi əsirləri belə geri qaytardı".

Deputat bildirib ki, 2020–ci ildə dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə mübarizədə də Azərbaycan çevik reaksiya verdi.

“Cənab Prezident müsahibədə bununla bağlı məsələlərə də münasibət bildirdi. Cənab Prezident, “Azərbaycan o ölkələrdəndir ki, hesab edirəm, bu çətin sınaqdan şərəflə çıxır. MDB məkanında birinci ölkə idik ki, vaksinasiyaya start verdik” bildirdi. Azərbaycan pandemiya ilə mübarizə etsə də heç bir sosial layihəni dayandırmadı”.

Paylaş:
621

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər