İlham Əliyev Ukraynada işgüzar səfərdədir | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Ukraynada işgüzar səfərdədir

Qafar Ağayev12:56 - 14 / 01 / 2022
İlham Əliyev Ukraynada işgüzar səfərdədir

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gəlib.

1news.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düşülmüşdü.

Dövlətimizin başçısını Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova və digər rəsmi şəxslər qarşıladılar.

Paylaş:
439

Son xəbərlər

Sumqayıtda avtomobil yanıb

12 / 03 / 2025, 17:42
Bütün xəbərlər