İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında videoformatda görüş olub | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında videoformatda görüş olub

Qafar Ağayev16:10 - 17 / 01 / 2022
İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında videoformatda görüş olub

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin olduğunu qeyd edərək, ölkələrimiz arasında, o cümlədən dövlət başçıları səviyyəsində mövcud yüksəksəviyyəli dialoqu vurğuladı, parlamentlərarası əlaqələrin inkişafından məmnunluğunu bildirdi.

Dövlətimizin başçısı müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişafı üçün yaxşı zəminin olduğunu qeyd etdi və bu baxımdan hökumətlərarası birgə komissiyanın fəaliyyətinin önəmini vurğuladı.

Monteneqro parlamentinin sədri Aleksa Beçiç də öz növbəsində ölkələrimiz arasında fəal siyasi dialoqun olduğunu məmnunluqla qeyd etdi.

Aleksa Beçiç Monteneqronun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğuladı. Monteqeronun Azərbaycanın dostu olduğunu deyərək, ölkəmizin əldə etdiyi nailiyyətlər münasibətilə xalqımızı təbrik etdi. Monteneqro parlamentinin sədri ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək bu sahədə müvafiq sənədinin imzalanmasının vacibliyini vurğuladı.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən parlamentlərarası təsisatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyi və maraq doğuran digər məsələlər müzakirə olundu.

***

Saat 14:45

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub.

1news.az bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Paylaş:
471

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər