Azərbaycan neftinin qiyməti yenidən 91 dolları ötüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti yenidən 91 dolları ötüb

S.Xankişiyeva10:21 - 26 / 01 / 2022
Azərbaycan neftinin qiyməti yenidən 91 dolları ötüb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,06 ABŞ dolları və ya 2,3% artaraq 91,16 dollar təşkil edib.

Xatırladaq ki, 2021-ci il ərzində dünya bazarında Azərbaycan neftinin 1 bareli 61,3% və ya 31,21 dollar bahalaşaraq 82,13 dollar təşkil edib. Ötən il ərzində ən yüksək göstərici (oktyabrın 25-i) – 88,19 dollar, ən minimal göstərici isə (yanvarın 4-ü) 50,92 dollar səviyyəsində qeydə alınıb.

Paylaş:
714

Son xəbərlər

Bütün xəbərlər