Azərbaycan Cüdo Federasiyası kütləvi yoluxma ilə bağlı açıqlama yayıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan Cüdo Federasiyası kütləvi yoluxma ilə bağlı açıqlama yayıb

S.Xankişiyeva17:28 - 27 / 01 / 2022
Azərbaycan Cüdo Federasiyası kütləvi yoluxma ilə bağlı açıqlama yayıb

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli yığma komanda heyəti 26 yanvar 2022-ci ildə Portuqaliyanın Almada şəhərində 28-30 yanvar 2022-ci ildə keçiriləcək Qran Pri turnirində iştirak etmək üçün adıçəkilən şəhərə yola düşüb.

1news.az-a Federasiyadan verilən xəbərə görə, səfərdən öncə Beynəlxalq Cüdo Federasiyasının (BCF) müəyyən etdiyi protokola uyğun olaraq, vaksin edilmiş heyət üzvlərindən bir dəfə, vaksin olunmamış heyət üzvlərindən isə (cəmi 3 nəfər) iki dəfə PCR testi götürülmüş, müvafiq sənədlər BCF-in elektron qeydiyyat sistemi üzərindən təşkilatçılara göndərilmiş və bütün müvafiq prosedurlar yerinə yetirildikdən sonra PCR test nəticələri neqativ çıxan heyət üzvləri Portuqaliyaya yola düşmüşlər.

BCF-in qaydalarına əsasən, iştirakçılar yarışın keçiriləcəyi yerə çatdıqdan sonra daha bir dəfə test verməlidirlər. Azərbaycan milli yığmasının üzvləri dünən Portuqaliyanın Almada şəhərinə çatdıqdan sonra onlardan bütün digər ölkələrdən olduğu kimi, yenidən PCR testi götürülüb. Təəssüf ki, Bakıda neqativ PCR nəticəsi olan bəzi heyət üzvlərimizdə bu dəfə pozitiv nəticə açıqlanmışdır.

BCF-in qaydalarına əsasən, pozitiv PCR nəticəsi olan heyət üzvləri yarışlara buraxılmır və ayrıca otaqlarda karantinə daxil edilir. Qeyd edək ki, hazırda pozitiv PCR nəticəsi olan milli komanda üzvləri Portuqaliya dövlət qaydalarına əsasən 7 günlük karantinə alınıblar.

Heyət üzvlərimiz özlərini yaxşı hiss edirlər, sağlamlıqlarında ciddi məsələ yoxdur və daimi həkim nəzarəti altındadırlar. Azərbaycan Cüdo Federasiyası onların müalicəsi üçün bütün lazımi tədbirləri həyata keçirir.

Qeyd edək ki, pozitiv PCR nəticələri tək Azərbaycanı təmsil edən idmançılarda deyil, digər ölkələrin idmançılarında da aşkar edilib və onlar da yarışlardan kənarlaşdırılıb.

Azərbaycan milli yığmasında pozitiv PCR testi olan heyət üzvlərinin sayı 2 (iki) nəfərdən çox olduğundan ilk testdə neqativ PCR nəticəsi olan təmsilçilərimizdən yenidən PCR testi götürülüb. Həmin testlərin nəticəsinə əsasən, sabahdan başlayacaq yarışlarda hansı təmsilçilərimizin mübarizə aparacağı dəqiqləşəcək. Bu məlumat bəlli olduqdan sonra adıçəkilən yarışda Azərbaycanı təmsil edəcək heyət üzvləri barədə ayrıca məlumat veriləcək.

Paylaş:
624

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56
Bütün xəbərlər