Baş leytenant Fuad Bağırova şəhid statusu verilib
Kəlbəcərdə itkin düşəndən üç gün sonra meyiti tapılan Baş leytenant Fuad Bağırova şəhid statusu verilib.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov məlumat verib.
Qeyd edək ki, Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçularımız - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib.
İntensiv axtarışlardan sonra ötən gün leytenant F.Bağırovun nəşi tapılıb. Bu gün isə şəhidin nəşi ailəsinə təhvil verilib.
Mövzu ilə əlaqədar oxuyun:
Azərbaycan Ordusunun 4 hərbçisi çovğunda itkin düşüb, onlardan 3-ü tapılıb
İtkin düşmüş baş leytenantın axtarışı davam etdirilir - Anar Eyvazov