Deputat: “Gənclərin yüksək vəzifələrə cəlb edilməsi dövlətin, dövlətin rəhbərinin öz gəncinə güvənməsidir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Gənclərin yüksək vəzifələrə cəlb edilməsi dövlətin, dövlətin rəhbərinin öz gəncinə güvənməsidir”

Qafar Ağayev11:39 - 02 / 02 / 2022
Deputat: “Gənclərin yüksək vəzifələrə cəlb edilməsi dövlətin, dövlətin rəhbərinin öz gəncinə güvənməsidir”

2 fevral Azərbaycan gəncləri günü olaraq qeyd olunur.

Azərbaycanda bu günü qeyd etmək ənənəsinin əsası ilk dəfə 1996-cı il 2 fevral tarixində keçirilən 1-ci Gənclər Forumu ilə qoyulub. Həmin forumda respublikanın bütün bölgələrindən gələn gənclər iştirak edib.

I Gənclər Forumu Azərbaycanda gənclərlə işin canlanmasına gətirib çıxardı. 1997-ci ildə Prezident Heydər Əliyev forumun keçirildiyi 2 fevral tarixinin Gənclər günü kimi qeyd olunması haqqında fərman imzaladı.

Bəs hazırda Azərbaycan gəncliyi qarşısına qoyulan hədəflərə və məqsədlərə layiqincə çata bilirmi?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Ramil Həsən deyib ki, Azərbaycan MDB məkanında ilk Gənclər və İdman Nazirliyi yaradan dövlətlərdəndir.

“Bunun da təməlində ümummilli lider Heydər Əliyevin gənclərə verdiyi önəm və diqqət dayanmaqdadır. Azərbaycanın gənclər siyasəti milli ideologiyaya, ölkəyə və dövlətə bağlılıq, müasir dəyərləri sürətli şəkildə mənimsəmə, inteqrasiya prosesində yüksək və aktiv iştirak etməklə köklərinə bağlılıq sintezindən ibarətdir. Bu siyasətinin başında da 1996-cı ildə Azərbaycanda ilk gənclər forumunu keçirən və 1997-ci ildən Azərbaycanda gənclər günü qeyd edilməsilə bağlı xüsusi sərəncam imzalayan dahi lider Heydər Əliyev dayanır”.

“Cənab Prezident İlham Əliyevin də hər dəfə vurğuladığı kimi 44 günlük Vətən Müharibəmizdə də, bilavasitə cəbhədə döyüşən müzəffər Azərbaycan Ordusunun əsas hissəsi də gənclərdən ibarət idi” – deyə, deputat əlavə edib:

“Prezidentimizin də qeyd etdiyi kimi, onun rəhbərlik etdiyi dövrdə yetişmiş və formalaşmış gənclərdir. Ona görə də böyük məmnuniyyətlə qeyd etmək olar ki, Azərbaycan gəncliyi öz qarşısına qoymuş olduğu əsas məqsəd və hədəflərdən ən mühümü olan torpağımızı, Qarabağımızı işğaldan azad etməklə bağlı olan əsas hədəfinə elə məhz Ali Baş Komandan İlham Əliyevin başçılığı altında çatmışdı”.

Deputat bildirib ki, müasir dünyamızın bütün informasiya texnologiyalarının, müasir texnikalardan və yeni, sürətlə inkişaf edən dünyaya inteqrasiya etməklə bağlı proseslərdə də Azərbaycan gəncliyi çox aktiv şəkildə iştirak edir.

“Təhsil mexanizmasında, insana qoylan kapitalın güclü şəkildə təsir edə bilməsi üçün almış olduqları təhsildə, topladıqları təcrübəni ölkəmizdə istifadə etmələri, eyni zamanda xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil etmələri gəncələrin hədəfləri istiqamətində doğru şəkildə hərəkət etmələrinin göstəricisidir. 2 fevral Gənclər Günündə gənclərimiz və özünü gənc hiss edənləri təbrik etməklə yanaşı, onlarla qürur duyuruq. Allah şəhidlərimiz rəhmət eləsin!”

Deputat deyib ki, gənclərin idarəçilik istiqamətində yüksək vəzifələrə etimad göstərilərək çəkilməsi əlbəttə ki, almış olduqları təhsilin bilavasitə praktikada tətbiq olunmasına şərait yaradır.

“Biraz keçmişə qayıdaraq bir söz deyim, 1999-cu ildə dahi Heydər Əliyev 25 yaşlı gəncə böyük etimad edərək onu nazir müavini vəzifəsinə təyin etmişdi. Bunun kimi bir çox məsələlər var idi ki, o dövrdə də başlamışdı. Cənab Prezident İlham Əliyevin dövründə isə, bu geniş vüsət alaraq, tətbiq edilməyə başlanıldı. Ona görə də bu gün Azərbaycanın dövlət idarətmə sisteminə baxsaq, bacarıqlı, qabiliyyəti ilə seçilən gənclər ordusunu və ya gəncləri görə bilirsiniz. Təyin olunanda gənc olan və bu gün artıq orta yaşda olan yüksək vəzifəli şəxslərin şahidi ola bilərik. Bunların hər biri dövlətin, dövlətin rəhbərinin öz gəncinə güvənməsidir. Öz gəncinin milli ideologiyaya sahib olmaqla bərabər, müasir təhsilə və yaxud təyin edilmiş olduğu istiqamətdə ixtisasına sahib olmaqla yanaşı, ona vermiş olduğu etimatdır. Əlbəttə ki, bu mühüm postlara irəli çəkilən Azərbaycan Parlamentini, Azərbaycan gəncliyini layiqincə təmsil etməyə çalışan, dövlətin müxtəlif qurumlarında nazir, nazir müavini vəzifələrində və digər mühüm vəzifələrə çəkilən gənclər də nəzərə almalıdırlar ki, bu, onlara verilmiş olan etimad və şübhəsiz ki, dövlətin insana qoymuş olduğu sərmayənin bir nümunəsidir. Gənclərin irəli çəkilməsi çox təqdirəlayiqdir, gənclərimiz də bunun qiymətini bilməlidir”.

Paylaş:
479

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər